Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə “İstanbul Meyhane Bilgah” restoranın sahibi cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı keçirilib:
“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 08.06.2021
Bakıda restoran sahibi Mustafa Cecelinin konsertinə görə cərimələndi
Hazırda oxunan: Bakıda restoran sahibi Mustafa Cecelinin konsertinə görə cərimələndi
Hazırda oxunan: Bakıda restoran sahibi Mustafa Cecelinin konsertinə görə cərimələndi
23972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.