Polis Xaçmazda əməliyyat keçirdi: 39 yaşlı kişi TUTULDU - VİDEO

Polis Xaçmazda əməliyyat keçirdi: 39 yaşlı kişi TUTULDU - VİDEO

Hazırda oxunan: Polis Xaçmazda əməliyyat keçirdi: 39 yaşlı kişi TUTULDU - VİDEO

239715

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb. 

Bizim.Media xəbər verir ki, R.Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO