Kəlbəcərdə hərbçilərə çatdırılan məktub - MN məlumat YAYDI - FOTO

Kəlbəcərdə hərbçilərə çatdırılan məktub - MN məlumat YAYDI - FOTO

Hazırda oxunan: Kəlbəcərdə hərbçilərə çatdırılan məktub - MN məlumat YAYDI - FOTO

23968

2021-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün keçirilən tədbirlər davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının Kəlbəcər rayonu ərazisində təşkil etdiyi tədbirlər zamanı müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib.

Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim edilib.

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirlərdə şəxsi heyətə maraqlı musiqi nömrələri təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO