Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.
Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:24 / 16.03.2025
İrandan Azərbaycana 101 kiloqram marixuana keçirmək istədilər - FOTO
Hazırda oxunan: İrandan Azərbaycana 101 kiloqram marixuana keçirmək istədilər - FOTO
Hazırda oxunan: İrandan Azərbaycana 101 kiloqram marixuana keçirmək istədilər - FOTO
239607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.