“Millenium”da DAVA: Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib

“Millenium”da DAVA: Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib

Hazırda oxunan: “Millenium”da DAVA: Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib

239599

Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Millenium” şadlıq sarayında keçirilən toy məclisində dava düşüb.

Bizim.Media xəbər verir ki, toy məclisində iştirak edən 35 yaşlı Rəvan qonaqlardan Rasimə kəllə ilə vuraraq ona xəsarət yetirib.

Buna səbəb Rəvanın xanımının telefonunun toy zamanı itməsi olub. Rəvan telefonun Rasim tərəfindən oğurlanmasından şübhələnib və buna görə onu vurub.
 

Məlum olub ki, Rasim Rəvanın xanımının telefonunu masanın üzərindən götürüb. Rasimin sözlərinə görə, toyda Rəvanın xanımı telefonla şəkillər və video çəkib. Bu da onun xoşuna gəlməyib.


Onun sözlərinə əsasən, telefonu götürməkdə məqsədi həmin şəkilləri silmək olub. Lakin telefonda şifrə olduğu üçün şəkilləri silə bilməyib. Rasim telefonu öz qızına verib ki, sahibinə qaytarsın. Telefon Rəvanın xanımına çatdırılıb, lakin Rasimin hirsi soyumayıb. O, Rasimə yaxınlaşaraq kəllə ilə ona zərbə vurub.

Rəvana bu əməlinə görə xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma maddələri ilə ittiham irəli sürülüb. Rəvan əməlindən peşman olduğunu deyib. Rasim də onu bağışlayıb.

Məhkəmə Rəvana xuliqanlıq maddəsi ilə bəraət verib. Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO