Qəbələ Rayon Mərkəzi Xəstaxanasında bölgə əhalisinə paytaxtdan dəvət olunmuş uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tibbi müayinələrdə 967 vətəndaşa, o cümlədən müharibə iştirakçıları və şəhid ailələrinin üzvlərinə nefroloq, uroloq, ginekoloq, endokrinoloq, terapevt və pediatrlar tərəfindən 4183 tibbi xidmət göstərilib və maarifləndirici söhbətlər aparılıb.
Layihə çərçivəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon mərkəzi xəstəxanalarının həkimləri üçün böyrək xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma mövzusunda seminar keçirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:44 / 16.03.2025
Bakıdan gələn həkimlər Qəbələdə 967 vətəndaşa tibbi xidmət göstərdi - FOTO
Hazırda oxunan: Bakıdan gələn həkimlər Qəbələdə 967 vətəndaşa tibbi xidmət göstərdi - FOTO
Hazırda oxunan: Bakıdan gələn həkimlər Qəbələdə 967 vətəndaşa tibbi xidmət göstərdi - FOTO
239569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.