Metroda sərnişin sayı 2 dəfə azalıb - RƏSMİ 

Metroda sərnişin sayı 2 dəfə azalıb - RƏSMİ 

Hazırda oxunan: Metroda sərnişin sayı 2 dəfə azalıb - RƏSMİ 

23952

Sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində Bakı Metropoliteni 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb. 

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni”QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə mayın 31-dən bərpa edilən metropolitendə orta hesabla gün ərzində 350000-400000 civarında sərnişin daşınıb.

Bu da iki il əvvəlki müvafiq dövrlə müqayisədə 2 dəfə az sərnişin deməkdir. 

Qeyd edək ki, “Bakı Metropoliteni” fəaliyyətini mayın 31-dən etibarən bərpa edib. Metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabırın 19-dan dayandırılmışdı.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO