Bu şəxslərin müavinəti DAYANDIRILACAQ

Bu şəxslərin müavinəti DAYANDIRILACAQ

Hazırda oxunan: Bu şəxslərin müavinəti DAYANDIRILACAQ

239516

2024-cü il il ərzində vahid aylıq müavinət ("çörəkpulu") alan keçmiş məcburi köçkünlərin sayı 39 100 nəfər azalıb.

Bəs "çörəkpulu" tamamilə ləğv edilə bilər?

Bizim.Media xəbər verir ki, iqtisadçı Xalid Kərimli metbuat.az-a açıqlamasında bildirib ki, bu yardım yalnız müəyyən şərtlər daxilində tamamilə ləğv oluna bilər:

"Çörəkpulu bütün məcburi köçkünlərə deyil, yalnız əmlakı və mülkiyyəti olmayanlara verilir.

İşğaldan azad olunmuş ərazilərə qayıtmaqdan imtina edən şəxslər üçün isə bu yardım dərhal dayandırılacaq. Ərazilərinə qayıdan məcburi köçkünlər üçün isə çörəkpulu müəyyən müddət ərzində ödənilməyə davam edəcək. Mövcud qanunvericiliyə əsasən, bu müddət üç il təşkil edir.

Yəni məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra üç il ərzində bu yardımı almağa davam edəcəklər, daha sonra isə ödəniş dayandırılacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO