Sürücülərin NƏZƏRİNƏ! Martın 17-də saat 06:00-dan...

Sürücülərin NƏZƏRİNƏ! Martın 17-də saat 06:00-dan...

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ! Martın 17-də saat 06:00-dan...

239324

Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
 

Məlumata görə, buna səbəb Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonunun Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləridir.


"Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına, tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO