Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək vəfat edib. S. Abdullazadənin qəzaya düşməzdən 1 gün öncə işə götürüldüyü məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Sevilin əmri martın 11-də verilib. S. Abdullazadə yaşasaydı, aprelin 1-də ad gününü qeyd edəcəkdi.
Xatırladaq ki, o, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Qeyd edək ki, hadisə martın 12-də 22:30-da Günəşlidə baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:37 / 14.03.2025
Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş... – FOTO
Hazırda oxunan: Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş... – FOTO
Hazırda oxunan: Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş... – FOTO
239230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.