Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 15F ünvanında fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb.
Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin olmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:48 / 13.03.2025
Paytaxtın məşhur restoranında ciddi nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Paytaxtın məşhur restoranında ciddi nöqsanlar AŞKARLANDI - FOTO
Hazırda oxunan: Paytaxtın məşhur restoranında ciddi nöqsanlar AŞKARLANDI - FOTO
239173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.