Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN –in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 13.03.2025
Şamaxıda DƏHŞƏTLİ QƏZA – Ölənlər var - FOTO
Hazırda oxunan: Şamaxıda DƏHŞƏTLİ QƏZA – Ölənlər var - FOTO
Hazırda oxunan: Şamaxıda DƏHŞƏTLİ QƏZA – Ölənlər var - FOTO
239141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.