Xəbər verildiyi kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən rayonlar üzrə pensiya ödənişlərinin də bayramqabağı həyata keçiriləcəyi bildirilir.
Bölgələrdə pensiyaların hansı tarixdə ödəniləcəyinə gəlincə, Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya bu barədə əlavə məlumatın veriləcəyi bildirilib. Konkret tarix isə açıqlanmayıb.
Qeyd edək ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:16 / 13.03.2025
Bölgələrdə pensiyalar nə vaxt veriləcək?
Hazırda oxunan: Bölgələrdə pensiyalar nə vaxt veriləcək?
Hazırda oxunan: Bölgələrdə pensiyalar nə vaxt veriləcək?
239125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.