Oğuzda yol qəzası 580 evi qazsız qoydu - FOTO

Oğuzda yol qəzası 580 evi qazsız qoydu - FOTO

Hazırda oxunan: Oğuzda yol qəzası 580 evi qazsız qoydu - FOTO

239021

Oğuzda “Opel”in qarşısına mal çıxması qəzaya səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. 

"Opel" markalı avtomobilin qarşısına anidən mal çıxması sürücünün idarəetməni itirməsi ilə nəticələnib. Beləcə avtomobil yolun kənarındakı qaz xəttinə dəyərək onu zədələyib. 
 

Rayonun Padar və Yemişənli kəndlərində 580 abonentə mavi yanacala təmin edən xəttdə baş verən zədələnmədən sonra qazın verilməsi müvəqqəti dayandırılıb. Qəza yerinə təmir briqadaları cəlb olunub. Zədələnmiş qaz xəttinin bərpası üzərində iş aparılır.


Faktla bağlı araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO