Daha 5 qazimiz sağalaraq Vətənə döndü - FOTOLAR

Daha 5 qazimiz sağalaraq Vətənə döndü - FOTOLAR

Hazırda oxunan: Daha 5 qazimiz sağalaraq Vətənə döndü - FOTOLAR

23901

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bizim.Media xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, Əliyev Arzu Könül oğlu, Zeynalov Məhiyyəddin Elsevər oğlu, Abbasov Müzəffər Maqsud oğlu, Əhmədov Samməddin Həmid oğlu, Abbasov Kamal Saleh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 5 qazimiz sağalaraq Türkiyədən geri döndü - FOTOLAR


Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 63 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO