MN-də 143 milyonluq yeyinti işinə görə sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

MN-də 143 milyonluq yeyinti işinə görə sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: MN-də 143 milyonluq yeyinti işinə görə sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

238998

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Hökmə əsasən, o, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Ötən ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO