Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, xanım sürücünün idarə etdiyi "Şevrolet" markalı minik maşını idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində maşında yanğın riski yarandığı üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Onlar baş verə biləcək yanğını önləyib.
Yüngül xəsarət alan yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu