Doktoranturaya qəbulda dəyişiklik edildi - Əli Əsədovdan qərar

Doktoranturaya qəbulda dəyişiklik edildi - Əli Əsədovdan qərar

Hazırda oxunan: Doktoranturaya qəbulda dəyişiklik edildi - Əli Əsədovdan qərar

23868

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO