Dövlət qulluğunda bu vəzifələr üzrə imtahan keçiriləcək

Dövlət qulluğunda bu vəzifələr üzrə imtahan keçiriləcək

Hazırda oxunan: Dövlət qulluğunda bu vəzifələr üzrə imtahan keçiriləcək

238390

Bu gün Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid  BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

Bizim.Media xəbər verir ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il fevralın 5-dən 25-dək aparılıb və bu müddət ərzində 1716 namizəd qeydiyyatdan keçib.

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 113 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO