Darçın yeməklərdə və şirniyyatda istifadə olunan ədviyyatdır. Çin və Seylon olmaqla iki növü var. Onları bir-birindən dadına görə fərqləndirirlər. Seylon darçını Çininkindən daha şirin və daha dadlıdır. Darçının sağlamlığa bir çox müsbət təsirləri var.
Bizim.Media darçının faydalarını təqdim edir:
1. Gündə yarım çay qaşığı darçın qəbulu xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.
2. “Tip 2” adlı diabet xəstələrində insulin istehsalını artırır, qan şəkərini isə azaldır.
3. Xarici ölkələrdə darçın yağını göbələk xəstəliklərində istifadə edirlər və tez zamanda sağalmağa kömək edir.
4. Darçın lenfoma xərçəng növü üçün də faydalıdır. Belə ki, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
5. Qanın normal laxtalanmasını təmin edir.
6. Gərginlikdən meydana gələn baş və miqren ağrısını aradan qaldırır.
7. Qan şəkərini balanslı saxlayaraq, arıqlamağa kömək edir.
8. Darçının qoxusu yaddaşı gücləndirməyə kömək edir.
9. Pis qoxuları və onlara səbəb olan bakteriyaları məhv edir.
10. Darçın çayı isə həzm sistemi xəstəliklərinə faydalıdır.
11. Darçının yağı, badam və zeytun yağları ilə qarışdırılaraq masaj edildikdə, əzələ ağrısını aradan qaldırır.
12. Yeməyin üzərinə bir az darçın səpilməsi uzun müddət xarab olmamasına səbəb olur.
13. Darçın yağı boğaz ağrısı və quru öskürəyə qarşı da faydalıdır. (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
01:29 / 09.03.2025
Darçının bu faydalarını bilirsiniz?
Hazırda oxunan: Darçının bu faydalarını bilirsiniz?
Hazırda oxunan: Darçının bu faydalarını bilirsiniz?
238357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.