Kürdəmirdə avtomobil su kanalına aşıb. xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Axtaçı kəndi ərazisində qeydə alınıb
Belə ki, VAZ-2106 markalı avtomaşının sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:42 / 08.03.2025
Kürdəmirdə avtomobil su kanalına aşıb, xəsarət alanlar var - FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına aşıb, xəsarət alanlar var - FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına aşıb, xəsarət alanlar var - FOTO/VİDEO
238335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.