Quru sərhədləri iyunun 15-dən açılır? - RƏSMİ CAVAB

Quru sərhədləri iyunun 15-dən açılır? - RƏSMİ CAVAB

Hazırda oxunan: Quru sərhədləri iyunun 15-dən açılır? - RƏSMİ CAVAB

23833

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair bəzi KİV və sosial şəbəkələrdə yayılan məlumatları şərh edib.

Bizim.Media xəbər verir ki, DGK-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb:

"Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.

Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.

Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO