Pəhrizdən sonra yenidən kökələnlərin NƏZƏRİNƏ – Qalıcı nəticə qazanmaq üçün...

Pəhrizdən sonra yenidən kökələnlərin NƏZƏRİNƏ – Qalıcı nəticə qazanmaq üçün...

Hazırda oxunan: Pəhrizdən sonra yenidən kökələnlərin NƏZƏRİNƏ – Qalıcı nəticə qazanmaq üçün...

238308

Arıqlamağa çalışan bir çox insanlar qida qəbulunu məhdudlaşdıraraq ciddi pəhrizlərə riayət edirlər. Ancaq tez-tez bu cür tədbirlər yalnız müvəqqəti nəticələr verir və pəhrizi tamamladıqdan sonra çəki tezliklə geri qayıdır.

Bu nə ilə bağlıdır?

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, fitnes məşqçisi Mariya Varenikina sözügedən problemin səbəblərindən söz açıb:

“Arıqlamaq və ideal çəkini saxlamaq üçün qısa müddət ərzində ciddi pəhrizə riayət etmək kifayət deyil. Kalorilərin kəskin azalması maddələr mübadiləsini yavaşlada bilər. Belə olan halda bədən bu vəziyyəti aclıq kimi qəbul edir və yağ ehtiyatlarını qorumaq üçün enerjiyə qənaət etməyə başlayır. Amma normal qidalanma rejiminə qayıdanda daha da sürətlə kökəlmə başlayır”, - deyə məşqçi bildirib.

Varenikinanın sözlərinə görə, uzun müddətli kalori çatışmazlığı əzələ toxumasının məhvinə səbəb ola bilər ki, bu da öz növbəsində əzələ kütləsinin azalmasına və daha da yavaş metabolizmə səbəb olur.

Bundan əlavə, sərt pəhrizlərlə orqanizmdə aclıq hissindən məsul olan qrelin adlı hormonun səviyyəsi yüksəlir və insanın iştahını idarə etməsi daha çətinləşir:

“Arıqlayarkən bədənin fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir, çünki dünyada bütün insanlar üçün eyni dərəcədə uyğun olacaq bir qidalanma planı yoxdur. İnsanlar öz sağlamlıq xüsusiyyətlərini, aktivlik səviyyəsini, yemək seçimlərini nəzərə almalıdırlar. Məsələn, hərəkətli və oturaq işdən çalışan şəxslərin qida rasionuna tamamilə fərqli yanaşılmalıdır”.

Onun sözlərinə görə, arıqlamaq üçün psixoloji faktorlar da nəzərə alınmalıdır. Çünki pəhriz zamanı insan tez-tez stress yaşayır və qidalanma üzərində daimi nəzarət yorğunluq və pozulmalara səbəb olur.

“Qalıcı nəticələr əldə etmək üçün qidalanmaya şüurlu yanaşmaq və sağlam vərdişlər formalaşdırmaq lazımdır. Pəhrizinizi əvvəlcədən planlaşdırmaq, yeməklər arasında uzun fasilələrə yol verməmək, yavaş-yavaş yemək və fiziki fəaliyyətə diqqət yetirmək tövsiyə olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO