Kitab oğurlayan şəxslər tutuldu - VİDEO

Kitab oğurlayan şəxslər tutuldu - VİDEO

Hazırda oxunan: Kitab oğurlayan şəxslər tutuldu - VİDEO

23827

Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. 

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. 

Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Qeyd olunub ki, E.Süleymanlının və E.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO