Azərbaycanın milli aviadaşıyıcısı AZAL 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.
Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır.
Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:30 / 07.03.2025
AZAL-dan Türkiyəyə uçuşlarla bağlı YENİLİK
Hazırda oxunan: AZAL-dan Türkiyəyə uçuşlarla bağlı YENİLİK
Hazırda oxunan: AZAL-dan Türkiyəyə uçuşlarla bağlı YENİLİK
238209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.