DİN vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə təşəkkür etdi

DİN vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə təşəkkür etdi

Hazırda oxunan: DİN vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə təşəkkür etdi

23820

Daxili İşlər Nazirliyi vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə təşəkkür edib.

Bizim.Media-ya nazirlikdən verilən mlumata görə, Bakıda keçirilən “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinəməhdudiyyət tətbiq olunduğundan sürücü və piyadaların mənzi başına təhlükəsiz çatmaları, həmçinin, nəqliyyatın fasiləsizhərəkətinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apardılar.

Məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən daxili işlər orqanları əməkdaşlarının çətin və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, eyni zamanda polis əməkdaşlarının xidməti fəaliyyətini əks etdirən foto və videoları özsəhifələrində paylaşaraq onlara mənəvi dəstəklərini nümayiş etdirən sosial şəbəkə istifadəçilərinə dərin təşəkkürümüzü bildiririk.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO