Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ

Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ

238073

Beyləqanda torpaq sahələrinə dair çıxarışın verilməsinə görə rüşvət almaqda təqsirləndirilən Ayxan Səfərov və Dəyanət Atakişiyevin barələrindəki bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, onlara Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 32.5, 311.3.2-ci (təkrarən rüşvət almaqda köməkçilik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO