Cahangir Hacıyevin arvadının sərvət dəyərindəki qolf klubu və malikanəsi SATIŞA ÇIXARILDI - FOTO

Cahangir Hacıyevin arvadının sərvət dəyərindəki qolf klubu və malikanəsi SATIŞA ÇIXARILDI - FOTO

Hazırda oxunan: Cahangir Hacıyevin arvadının sərvət dəyərindəki qolf klubu və malikanəsi SATIŞA ÇIXARILDI - FOTO

238058

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir.

Bizim.Media xəbər verir ki, Zamirə Hacıyevadan müsadirə edilən Berkşirdəki (“Berkshire”) qolf klubu və Naytsbrikdəki (“Knightsbridge”) malikanəsi ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.
 

Zamirə Hacıyeva Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (NCA-National Crime Agency) 6 illik araşdırmasından sonra 14,75 milyon funt-sterlinqə bazar qiyməti olan “Mill Ride” qolf klubundan və malikanəsindən imtina etməyə razılaşıb.


Qeyd edək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş və qadın olub. O bu ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO