Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları QƏZAYA DÜŞDÜ - Ölən var - FOTO

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları QƏZAYA DÜŞDÜ - Ölən var - FOTO

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları QƏZAYA DÜŞDÜ - Ölən var - FOTO

238046

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

“Təəssüflə bildiririk ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişmiş, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Allahdan dünyasını dəyişən əməkdaşımıza rəhmət, yaralı əməkdaşımıza isə şəfa diləyirik”, - məlumatda qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO