"WhatsApp" istifadəçilərinin DİQQƏTİNƏ! Pulunuz oğurlana bilər

"WhatsApp" istifadəçilərinin DİQQƏTİNƏ! Pulunuz oğurlana bilər

Hazırda oxunan: "WhatsApp" istifadəçilərinin DİQQƏTİNƏ! Pulunuz oğurlana bilər

237942

Dələduzlar pul oğurlamaq üçün yeni üsula əl atıblar. Onlar istifadəçilərə "WhatsApp" hesablarını gündə müəyyən pul müqabilində icarəyə verməyi təklif edirlər.

Bizim.Mediabaku.ws”ə istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Andrey Biyçuk bildirib.

Onun sözlərinə görə, əvvəlcə dələduzlar "Telegram" kanallarında və digər platformalarda nömrəni icarəyə götürmək imkanının olduğunu elan edirlər.

"Elana cavab verən şəxslərə "WhatsApp" hesablarına müvəqqəti giriş vermələrinin lazım olduğu bildirilir. Bəzən cinayətkarlar hesabın guya iş üçün, xidmətlərə qeydiyyat üçün və ya xaricdəki müştərilərlə əlaqə saxlamaq məqsədilə istifadə olunacağını deyirlər. Daha sonra istifadəçidən başqa bir telefondan girişə icazə verməsi, SMS-lə göndərilən kodu ötürməsi və hətta SIM kartını müvəqqəti təqdim etməsi tələb olunur. Bu manipulyasiyalardan sonra hesabın nəzarəti dələduzların əlinə keçir.

Daha sonra dələduzlar hesab sahibinin tanışlarına mesajlar göndərməyə başlayır və onlardan təcili pul köçürmələrini, borc vermələrini və ya şəxsi məlumatlarını paylaşmalarını istəyirlər", – deyə Biyçuk bildirib.

Ekspert əlavə edib ki, əgər həmin hesab vasitəsilə cinayət törədilərsə, pul tələb olunarsa, bu vəziyyətdə məsuliyyət hesab sahibinin üzərinə düşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO