Arvadını və qayınanasını bıçaqlayan şəxslə bağlı QƏRAR VERİLDİ

Arvadını və qayınanasını bıçaqlayan şəxslə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Arvadını və qayınanasını bıçaqlayan şəxslə bağlı QƏRAR VERİLDİ

237931

Ali Məhkəmədə Yevlaxda arvadını, qayınanasını və onun qardaşını bıçaqlamaqda təqsirləndirilən Səbuhi Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2023-cü il tarixli hökmündən Səbuhi Həsənov 2 zərərçəkmişin sağlamlığına qəsdən təkrarən ağır zərər vurmasına dair müddəalar xaric edilib. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2023-cü il martın 11-i saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsi 48 saylı evdə qeydə alınıb. Belə ki, Həsənov Səbuhi Zahid oğlu arvadı Həsənova Nazənin Arzu qızı ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Bu zamanı o, orada olan qadının qardaşı Ümid Bağırovu bıçaqla qarın nahiyəsindən vurub. Bundan başqa, Səbuhi Həsənov Həsənova Nazənin Arzu qızına, onun anası Bağırova Vüsalə Sabir qızına isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO