Zaqatalada 3 otaqlı ev YANDI

Zaqatalada 3 otaqlı ev YANDI

Hazırda oxunan: Zaqatalada 3 otaqlı ev YANDI

237868

Zaqatalanın Aşağı Tala kənd sakininə məxsus fərdi mənzildə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi ilə bağlı FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi hadisə yerinə iki texnika və xeyli sayda canlı qüvvə göndərib. 
 

İlkin məlumatlara görə, evdə odun sobası nəzarətsiz qaldığından yanğın çardaqda baş verib sonradan  miqyası böyüyüb. Bütün səylərə baxmayaraq üç otaqlı evin konstruksiyaları yanıb.


Yanğınsündürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO