Adəm Məmmədov HƏBS EDİLDİ

Adəm Məmmədov HƏBS EDİLDİ

Hazırda oxunan: Adəm Məmmədov HƏBS EDİLDİ

237790

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə hökm çıxarıb.
 

Hökmə əsəsən, vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.


Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

Qeyd edək ki, vəkil Ceyhun Yusifov Adəm Məmmədov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO