Sosial şəbəkələrdə bir ibtidai sinif müəlliminin valideynlərlə keçirdiyi fərdi görüşlərlə bağlı etdiyi paylaşım müsbət rəylər toplayıb. Əlbəttə, bu çox normal haldır. Çünki fərdi iclaslarının keçirilməsi ilk deyil, ancaq çox azdır. Təəsüf ki, bunu hər müəllim etmir. Elə müsbət rəylərin də səbəbi budur. Çünki məktəblərdə valideyn iclasları adətən ümumi olaraq keçirildiyi üçün müəllim şagirdlə bağlı narazılığı valideyninə hər kəsin içində deyir. Bu da həm müəllim-şagird münasibətinə pis təsir edir, həm də şagirdin hər kəsin yanında utanmasına səbəb olur.
Bizim.Media-ya açıqlamasında bu məsələyə münasibət bildirən təhsil eksperti Elmin Nuri də vurğulayır ki, belə görüşlərin keçirilməsi qeyri-adi deyil. O bildirir ki, sinif rəhbərinin vəzifələrindən biri şagird və onun valideyniylə fərdi görüşlər təşkil etməsi, lazım gəlsə, evinə gedib, söhbət etməsidir:
“Bu həm sinif rəhbərinin, həm də məktəb psixoloqunun vəzifə və öhdəliklərinə daxildir. Belə görüş pedaqoji qaydalara əsasən qeyri-adi deyil, əksinə lazımidir. Amma bir çox müəllim tərəfindən tətbiq olunmur. Bir müəllim bir ayda valideynlərlə müxtəlif saylarda fərdi görüşlər edə bilər”.
Bəs ümumi valideyn iclasını fərdi iclasla əvəzləmək məqsədəuyğundurmu?
Ekspert deyir ki, ümumi iclasın və fərdi görüşlərin özünə məxsus təsnifatı var.
“Ümumi valideyn iclasını fərdi iclasla əvəzləmək uğurlu olmaz. Şagirdlə bağlı neqativ mövzuları danışmaq üçün ümumi iclasa ehtiyac yoxdur, bunun üçün fərdi görüş lazımdır. Valideyn iclası isə korporativ ideyaların müzakirə olunması üçün lazımdır”.
Elmin Nuri deyir ki, valideyn iclasının təsnifatı şagirdi hər kəsin arasında danlamaq deyil.
“Ölkəmizdə valideyn iclası düzgün aparılmır, bir şagirdi hər kəsin içində danlamaq düzgün deyil. Bu iclas ortaq müzakirələrin aparılması üçündür”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 04.03.2025
Ümumi valideyn iclası fərdi görüşlərlə ƏVƏZLƏNİR? – MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Ümumi valideyn iclası fərdi görüşlərlə ƏVƏZLƏNİR? – MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Ümumi valideyn iclası fərdi görüşlərlə ƏVƏZLƏNİR? – MÜHÜM AÇIQLAMA
237602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.