Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.
Bizim.Media FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:06 / 03.03.2025
Bakıya gətirilən bahalı avtomobillər yandı - ANBAAN VİDEO
Hazırda oxunan: Bakıya gətirilən bahalı avtomobillər yandı - ANBAAN VİDEO
Hazırda oxunan: Bakıya gətirilən bahalı avtomobillər yandı - ANBAAN VİDEO
237399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.