Edip Akbayram vəfat etdi - VİDEO

Edip Akbayram vəfat etdi - VİDEO

Hazırda oxunan: Edip Akbayram vəfat etdi - VİDEO

237357

Məşhur türkiyəli müğənni Edip Akbayram müalicə aldığı xəstəxanada 75 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda İstanbul vilayəti Sağlamlıq Müdiri Dos. Dr. Abdullah Emre Güner sosial media hesabında açıqlama yayıb.

Bildirib ki, ölkənin dəyərli sənətçilərindən Edip Akbayramın təxminən 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib:

“Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə və sənət ictimaiyyətinə başsağlığı verirəm”.

Qeyd edək ki, sənətçi yanvarın 9-da yataqdan yıxılması nəticəsində daxili qanaxma şübhəsi ilə Səhiyyə Elmləri Universiteti Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Bir gün sonra əməliyyat olunub.

Edip Akbayramın “Aldırma gönül”, “Hasretinle yandı gönlüm”, “Kibar gelin” və s.kimi mahnıları dillər əzbəridir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO