Ötən axşamdan başlayan və gün ərzində yağan qarın ən çox müşahidə edildiyi yaşayış məntəqələrindən biri Oğuzun ucqar Filfilli kəndidir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Filfilli kəndi rayon mərkəzindən 50 km-ə yaxın məsafədə yerləşir.
Kənd Böyük Qafqazın ətəklərinə sığınıb və bir tərəfindən Qara çay axır.
Sakinlərin sözlərinə görə, səhər saatlarında kəndin daxili yollarında eləcə də Xaçmaz- Filfilli istiqamətində bir qədər çətinlik yaradıb.
Səhər saatlarında yoldan ancaq NİVA markalı və yük avtomobilləri istifadə edə bilib. Günorta saatlarına yaxın rayon yol istismar idarəsinin texnikası kənd yolullarını təmizləyib və nəqliyyatın hərəkətindəki problem aradan qaldırılıb.
Kəndə yağan qarın qalınlığı 70-80 sm təşkil edir.
Qarın kənd evlərinin damında fəsadlar yaratmaması üçün təmizləmə işləri aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:00 / 01.03.2025
Oğuzun kəndinə 80 sm qədər qar yağdı, yolda hərəkət çətinləşdi - FOTO/VİDEO
Hazırda oxunan: Oğuzun kəndinə 80 sm qədər qar yağdı, yolda hərəkət çətinləşdi - FOTO/VİDEO
Hazırda oxunan: Oğuzun kəndinə 80 sm qədər qar yağdı, yolda hərəkət çətinləşdi - FOTO/VİDEO
237215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.