Mingəçevirdə binada YANĞIN OLDU - FOTO

Mingəçevirdə binada YANĞIN OLDU - FOTO

Hazırda oxunan: Mingəçevirdə binada YANĞIN OLDU - FOTO

237210

Axşam saatlarında Mingəçevirdə yaşayış binasında yanğın baş verib, binanın işıq sisteminə ciddi ziyan dəyib.

Bizim.Medianın yerli bürosunun verdiyi məlumata görə, yanğın şəhərin Yeni Köçkün qəsəbəsində 11 nömrəli binanın birinci mərtəbəsindəki elektrik şitində baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri gəlib və yanğın söndürülüb.

Onu da qeyd edək ki, yanğından zərərçəkən olmasa da , binanın işıq sisteminə ciddi ziyan dəyib. Hal-hazırda işıq sisteminin bərpası üçün işlər aparılır.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO