Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bizim.Media xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı Respublika ərazisində davam edən qarlı hava şəraiti ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb:
“Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!”
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
01:18 / 01.03.2025
Yol polisi qarlı hava ilə bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: Yol polisi qarlı hava ilə bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: Yol polisi qarlı hava ilə bağlı MÜRACİƏT ETDİ
237097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.