Lazerdən sonra yaranan YANIQ və LƏKƏLƏR – Məsuliyyəti kim DAŞIYIR?

Lazerdən sonra yaranan YANIQ və LƏKƏLƏR – Məsuliyyəti kim DAŞIYIR?

Hazırda oxunan: Lazerdən sonra yaranan YANIQ və LƏKƏLƏR – Məsuliyyəti kim DAŞIYIR?

0:00
0:00
237045

Son zamanlar qadınlarla yanaşı kişilər də lazerə müraciət edib, üzlərində onları narahat edən tüklərdən canlarını qurtarırlar. Bu proses adətən gözəlllik salonlarında icra olunur. Lakin bəzən müştərilər, xüsusilə, qadınlar lazerdən sonra dərilərində yanıq və ləkə əmələ gəlməsindən şikayətlənirlər.

Bəs belə halın yaşanmaması üçün nə etmək lazımdır və bunun məsuliyyətini kim daşıyır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Tünzalə Əzizli deyib ki, lazer prosedurundan sonra yaranan dəri yanıqları, adətən, lazerin düzgün seçilməyən rejimlərində baş verir:

“Həssas dərilərdə buna xüsusilə fikir vermək lazımdır. Bunun üçün də lazeroloqlar təlimatlı olmalıdırlar. Qarışıq və yağlı dəri tipində də bu hallar baş verir. Məsələn akneli, eqzeması olan xəstələr lazerlərdən istifadə etdikdə də düzgün rejim seçilmədikdə bu cür yanıqlar, dəri ləkələri müşahidə olunur”.

Həkim belə yanıq ləkələrinin uzun müddət qala bilmə ehtimalının olduğunu vurğulayıb:

“Bu yanıqların,ləkələrin sağalması mümkündür, amma zaman tələb edir və bəzən ləkələr, hiper pikmentasiyalar uzun müddət də qala bilirlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO