Bu gün 7 planetin paradı OLACAQ - Bir də 15 il sonra görəcəyik - FOTO

Bu gün 7 planetin paradı OLACAQ - Bir də 15 il sonra görəcəyik - FOTO

Hazırda oxunan: Bu gün 7 planetin paradı OLACAQ - Bir də 15 il sonra görəcəyik - FOTO

236993

Bu gün ilin növbəti planetlər paradı baş tutacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən məlumata görə, paradda 7 planetin hər biri iştirak edəcək.

Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanırlar. Lakin planetlərin konfiqurasiyası isə kosmosda tamamilə fərqli olur.

Məlumat üçün bildiririk ki, Yupiter, Mars və Venera adi gözlə görünsələr də, Uran və Neptun istənilən halda adi gözlə görünmür və onları müşahidə etmək üçün kiçik teleskop və ya durbin tələb olunur. Merkuri və Saturn isə Günəşə çox yaxın yerləşdikləri üçün onları adi gözlə seçmək çətin olur.

Bu axşam baş tutacaq planetlərin böyük paradını Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək olacaq. Belə ki, Bakı vaxtilə Günəş saat 18:31-də batacaq, bunun ardınca isə artıq Saturn, Merkuri və Neptun qərbdə Günəş batdığı yerdə üfüq yaxınlığında olacaqlar. Onlardan fərqli olaraq Uran gecə yarısınadək, Yupiter 02:11-dək, Mars isə bütün gecə boyu görünəcək.

Qeyd edək ki, 21 yanvar paradında Merkuri iştirak etmirdi və 11 avqustda baş tutacaq növbəti paradda da artıq Mars olmayacaq.
 

Planetlərin səmadakı mövqeyini daha asan tapmaq üçün “Sky Map”, “Stellarium” və ya “Sky Tonight” kimi tətbiqlərdən istifadə etmək olar. Martın ilk günlərinədək bir neçə gün ərzində planetləri səmada bir yerdə izləmək mümkün olacaq.


Növbəti dəfə 7 planetin də iştirak edəcəyi parad 2040-cı ildə olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO