Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

Hazırda oxunan: Keçmiş nazirə yeni vəzifə verildi - FOTO

236940

"Aztelekom" MMC-nin "Şimal-Şərq" regional filialının müdiri Nazim Əliyev vəzifəsindən azad edilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, onun yerinə Rövşən Həmid oğlu Məmmədov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək "Aztelekom" MMC-nin "Dağlıq Şirvan Regional Filialı"nın müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Məmmədov Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziri olub. O, Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun 2020-ci il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. Daha sonra isə "Aztelekom" MMC-də işə başlayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO