Gəncədə təcili tibbi yardım avtomobili minik maşını ilə toqquşdu, xəsarət alan var

Gəncədə təcili tibbi yardım avtomobili minik maşını ilə toqquşdu, xəsarət alan var

Hazırda oxunan: Gəncədə təcili tibbi yardım avtomobili minik maşını ilə toqquşdu, xəsarət alan var

236930

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili ilə toqquşub.
 

Qəza nəticəsində 1996-cı il təvəllüdlü E. İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, qəzaya uğrayan “Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili Gəncə şəhərinin 103 xidmətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO