“BakuBus”un avtobusu qarda sürüşərək yolun kənarına düşdü - VİDEO

“BakuBus”un avtobusu qarda sürüşərək yolun kənarına düşdü - VİDEO

Hazırda oxunan: “BakuBus”un avtobusu qarda sürüşərək yolun kənarına düşdü - VİDEO

236867

Bu gün saat 10:18 radələrində “BakuBus” MMC-nin balansındakı 508 nömrəli müntəzəm marşrut xətti (Saray qəsəbəsi - "20 yanvar" metrostansiyası) üzrə hərəkət edən avtobus sürüşərək yolun kənarına düşüb.

Bizim.Media şirkətə istinadən xəbər verir ki, hadisə intensiv yağan qar səbəbindən nəqliyyat vasitəsi dayanacaqda hərəkətə başlayarkən baş verib.

Sürücünün verdiyi ilkin məlumata əsasən, avtobusda heç bir zədə yoxdur. Sərnişinlər həmin xətt üzrə hərəkət edən digər avtobusda səfərlərini davam etdirib.

Monitorinq Mərkəzinə hadisə barədə məlumat daxil olduqdan sonra, nəqliyyat vasitəsi yolun kənarından çıxarılıb. Artıq onun fəaliyyəti bərpa edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO