Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb.
Bizim.Media xəbər verir ki, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib.
Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib. (Qafqazinfo)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:47 / 27.02.2025
Bakıda daha bir nəfər spirtli içkidən VƏFAT ETDİ
Hazırda oxunan: Bakıda daha bir nəfər spirtli içkidən VƏFAT ETDİ
Hazırda oxunan: Bakıda daha bir nəfər spirtli içkidən VƏFAT ETDİ
236801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.