Qar yağdı, Zabrat yolu bu vəziyyətə düşdü – VİDEO

Qar yağdı, Zabrat yolu bu vəziyyətə düşdü – VİDEO

Hazırda oxunan: Qar yağdı, Zabrat yolu bu vəziyyətə düşdü – VİDEO

236673

Günlərdir davam edən qarlı hava şəraiti Zabrat yolunda çuxurlar yaradıb.

Bizim.Media xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, yaranan çuxurlar avtomobillər üçün təhlükə yaradır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “qafqazinfo.az”a bildirdi ki, problemli yollarda təmir işləri aparılacaq:

“Yağışdan, qardan sonra intensiv hərəkət nəticəsində beton örtükdə müəyyən hissələrdə bu cür çuxurlar yarana bilər. Havalar düzələn kimi agentliyimiz tərəfindən həmin çuxurlarda cari təmir işləri həyata keçiriləcək. Ümumiyyətlə, yollarda haradakı problemli sahələr var, orada təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO