Hidayət Hüseynov vəfat etdi

Hidayət Hüseynov vəfat etdi

Hazırda oxunan: Hidayət Hüseynov vəfat etdi

236621

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professoru Hidayət Hüseynov vəfat edib.

Bizim.Media bildirir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Xatırladaq ki, Hidayət Hüseynov 1951-ci il yanvarın 20-də anadan olub. 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-1976-cı illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olub. 1976-1990-cı illərdə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildən indiyədək BDU-nun Tətbiqi riyaziyyat kafedrasında işləyib.

1978-ci ildə "Dirak tənliklər sistemi üçün səpilmə nəzəriyyəsinin tərs məsələsi" mövzusunda namizədlik, 1998-ci ildə "Adi diferensial tənliklər üçün Yost tipli həllin göstərişləri və tərs məsələlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Əsas tədqiqat sahəsi diferensial operatorların spektral analizi, tərs məsələlər olan professor Hidayət Hüseynov 70-dən çox məqalənin müəllifidir. 7 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib. (Teleqraf)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO