Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon sakini Mircavad Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Natavan Xəlilovanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 25.02.2025-ci il saat 15:00 radələrində Göyçay rayonu ərazisində baş verən piyada vurulması hadisəsi nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Göyçay rayon sakini (qadın cinsli) sağ qamış sümüyünün kondilusunun yerdəyişmiş sınığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:06 / 26.02.2025
Göyçayda avtomobil piyadanı VURUB – VİDEO
Hazırda oxunan: Göyçayda avtomobil piyadanı VURUB – VİDEO
Hazırda oxunan: Göyçayda avtomobil piyadanı VURUB – VİDEO
236597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.