Günün yorğunluğunu atmaq və rahat yuxu yatmaq üçün müxtəlif üsullara əl atırıq. Bunlardan biri də yatmazdan əvvəl süd içməkdir.
Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, əsrlər boyu bir çox mədəniyyətdə sakitləşdirici və qidalandırıcı bir içki olaraq içilən südün, yuxu keyfiyyətini yaxşılaşdırmaqdan immun sistemini gücləndirməyə qədər bir çox faydaları var.
Südün tərkibindəki qida maddələri sayəsində gecə boyu həm bədəni rahatladır, həm də hüceyrələri yeniləyir.
- Süddə triptofan və melatonin var. Triptofan və melatonin yuxu keyfiyyətini yaxşılaşdırır.
- Süd zülal və kalsiumla zəngindir. Xüsusilə idman edənlər üçün faydalıdır.
- Tərkibindəki vitaminlər (A, B12, D) və minerallar sayəsində immun sistemini gücləndirir.
- Süd mədə turşusunu balanslaşdıraraq reflü və ürək yanmasını azalda bilər. İsti süd xüsusilə sakitləşdirici təsir göstərir.
- Süd gecə aclıq hissini boğaraq gecə qəlyanaltılarının qarşısını ala bilər. Xüsusilə çəkiyə nəzarət edənlər üçün faydalıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
02:34 / 26.02.2025
Yatmazdan əvvəl süd içməyin FAYDALARI
Hazırda oxunan: Yatmazdan əvvəl süd içməyin FAYDALARI
Hazırda oxunan: Yatmazdan əvvəl süd içməyin FAYDALARI
236566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.