İtaliyalı, Avstriyalı və Polşalı tədqiqatçılar qadınların romantik partnyorlarının əsəbilik səviyyəsindən asılı olaraq intellektual səviyyələrini necə qəbul etdiyini araşdırıblar.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “Evolutionary Psychology” jurnalında dərc olunub.
Tədqiqatın müəllifləri 18 yaşdan 80 yaşa qədər kişi və qadınların olduğu 148 cütlük arasında sorğu keçiriblər. Mütəxəssislər hər bir tədqiqat iştirakçısı ilə 45 dəqiqə təkbətək danışıblar ki, romantik tərəfdaş heç bir şəkildə söhbətin gedişatına təsir göstərməsin.
Alimlər respondentdən özünü qiymətləndirməsini xahiş edən standart sorğu vərəqindən istifadə edərək insanların qəzəbini büruzə vermə üsulunu tətqiq ediblər və onların zəka səviyyəsi elə iştirakçıların özləri tərəfindən 1-dən 25-ə qədər olan şkala ilə qiymətləndirilib.
Yekun nəticələr isə münasibətlərdən məmnunluq, hər bir tərəfdaşın ehtiyaclarının cütlükdə qarşılandığını nə qədər hiss etdiyini göstərən bir anketdən istifadə edərək müəyyən edilib.
Nəticə göstərib ki, intellektual səviyyəsindən və ya əlaqə müddətindən asılı olmayaraq, qadınlar hirsli kişiləri daha az intellektli kimi qiymətləndiriblər. Eyni zamanda, daha aqressiv kişilərə sahib olan cütlüklərdəki hər iki tərəfdaşın münasibətdən məmnun olmadığı müəyyən edilib.
Tədqiqatçılar izah ediblər ki, kişi portnyorda yüksək qəzəb və aşağı mərhəmət səviyyəsi, obyektiv tədbirlərdən asılı olmayaraq, intellekt qavrayışlarına mənfi təsir göstərir. Bu xüsusiyyət isə münasibətlərə nənfi təsir edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:19 / 24.02.2025
Qadınlar aqressiv kişiləri daha az intellektli HESAB EDİRLƏR - ARAŞDIRMA
Hazırda oxunan: Qadınlar aqressiv kişiləri daha az intellektli HESAB EDİRLƏR - ARAŞDIRMA
Hazırda oxunan: Qadınlar aqressiv kişiləri daha az intellektli HESAB EDİRLƏR - ARAŞDIRMA
236365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.